EvXəbərlərPolşa Almaniyadan hər bir vətəndaşı üçün ildə 10.000 tələb edir

Polşa Almaniyadan hər bir vətəndaşı üçün ildə 10.000 tələb edir

Published on

spot_img

Polşa hökuməti Almaniyadan nasist rejiminin qurbanı olmuş Polşa vətəndaşlarına hər il kompensasiya ödənilməsini tələb edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.
Məlumata görə, Varşava Almaniyanın hər bir sağ qalan qurbana ildə 10 min zlotı (təxminən 4 600 AZN) ödəməsini istəyir.
Qeyd olunur ki, bu tələb əvvəlki Polşa hakimiyyətinin irəli sürdüyü böyük həcmli reparasiya iddiaları ilə müqayisədə daha yumşaq hesab olunur. Bununla belə, bu ödənişlərin hansı mexanizmlə maliyyələşdiriləcəyi hələ də dəqiqləşməyib.
Hazırda nasist rejiminin qurbanı olmuş və sağ qalan Polşa vətəndaşlarının sayının təxminən 50 min nəfər olduğu bildirilir. Bu göstərici isə ildən-ilə azalır.

Jurnalistlərin hesablamalarına əsasən, Almaniya bu ödənişləri həyata keçirərsə, ilk il üçün xərclər təxminən 100 milyon avro təşkil edəcək. Ümumi məbləğin isə 300 milyon avroya çatacağı proqnozlaşdırılır.
Adəm

Latest articles

DÇ-2026-da daha bir insident: Azarkeşlərə atəş açıldı, ölən var

DÇ-2026-da daha bir insident: Azarkeşlərə atəş açıldı, ölən var

Tramp ABŞ üçün ən böyük təhlükə haqda danışdı: Nə Rusiya, nə də İrandır

Tramp ABŞ üçün ən böyük təhlükə haqda danışdı: Nə Rusiya, nə də İrandır

More like this