Alman fitnes fenomeni Edda Elisa geyiminin uçuş üçün uyğun olmadığı əsas gətirilərək “Lufthansa” aviaşirkətinin əməkdaşları tərəfindən təyyarəyə buraxılmayıb.
BEY.AZ xəbər verir ki, fenomen bu barədə sosial media hesabında paylaşım edib.
O, paylaşımında hava limanındakı əməkdaşların ona “Üzərinizdə heç nə yoxdur, siz çılpaqsınız. Əlavə geyim geyinməlisiniz” dediklərini bildirib.
Elisa geyimində uçuşa maneə yaradacaq problem olmadığını düşünsə də, planlaşdırdığı səfəri ləğv etməmək üçün üzərinə əlavə geyim geyinməyə məcbur qaldığını deyib.
Müəllif: Roza
