Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar region üçün ümidverici hesab olunur.
BEY.AZ xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, hazırda region ticarət, nəqliyyat, enerji və rəqəmsal əlaqəlilik mərkəzi kimi rolunu gücləndirmək üçün böyük potensiala malikdir.
“Əməkdaşlığın daha da möhkəmlənməsi üçün bu dövrə yalnız çağırışlar prizmasından deyil, həm də yeni imkanlar baxımından yanaşmalıyıq”, – deyə Papuaşvili qeyd edib.
Gürcüstan parlamentinin sədri əlavə edib ki, bu ayın əvvəlində tam istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional əməkdaşlığın uğurlu nümunəsidir.
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsi olan bu xətt regionun inkişafına ortaq töhfənin və qarşılıqlı faydalı əməkdaşlığın bariz göstəricisidir.
Adəm
