Futbol üzrə dünya çempionatında Meksika Ekvadora qalib gəlib.
BEY.AZ xəbər verir ki, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Xulian Kinones (22) və Raul Ximenez (31) Şimali Amerika təmsilçisinin qollarını vuran futbolçular olublar.
Bu qələbə sayəsində 1/8 finala adlayan Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.
