EvXəbərlərTürkiyə yeni ödəniş sisteminə keçməyi planlaşdırır

Türkiyə yeni ödəniş sisteminə keçməyi planlaşdırır

Published on

spot_img

Türkiyə Avropa Ödənişlər Şurasına (EPC) məktub göndərərək Avro Ödənişləri Üzrə Vahid Zonaya (SEPA) qoşulmaqda maraqlı olduğunu bildirib.
BEY.AZ xəbər verir ki, bu barədə Aİ-Türkiyə yüksək səviyyəli iqtisadi dialoqunun yekunlarına dair bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, “tərəflər razılaşıblar ki, Türkiyənin SEPA-da potensial iştirakı daha sürətli transsərhəd ödənişlərin həyata keçirilməsinə imkan verəcək və Türkiyə ilə Aİ arasında ticarət və investisiyalara təkan verəcək”.
Görüşdə Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Şurası İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

May ayında Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlində türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib ki, Almaniya hökuməti Türkiyənin Avropa İttifaqı ilə daha da yaxınlaşmasını dəstəkləməyə hazırdır. Almaniyalı nazir qeyd edib ki, əgər Türkiyə Avropa İttifaqına daxil olmaq istəsə, Ankara Almaniyanı dost və etibarlı tərəfdaş kimi görəcək.

Hüseyn İbadlı

Latest articles

More like this