EvXəbərlərİsrailin müdafiə nazirindən HÜCUM ƏMRİ

İsrailin müdafiə nazirindən HÜCUM ƏMRİ

Published on

spot_img

İsrail Müdafiə Ordusu (İDF) zərurət yarandığı təqdirdə İrana qarşı müstəqil hərbi əməliyyatlar aparmağa hazır olmalıdır.
BEY.AZ “Ynet”ə itinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bəyan edib.
“İsrail Müdafiə Ordusunun Baş Qərargahı hər hansı bir təhdidi aradan qaldırmaq üçün lazım gələrsə, İsrailin İrana zərbə endirməsinə müstəqil şəkildə hazır olmalıdır”, – deyə hərbi idarənin rəhbəri bildirib.
Katsın bəyanatı Fələstinin HƏMAS hərəkatının 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumundan keçən 1000-ci günə təsadüf edib.

Ötən həftə İsrailin müdafiə naziri İsrael Kats İran rəhbərliyini hədələyərək bildirib ki, hər hansı bir hücum Tehranın ən böyük səhvi olacaq. O, mesajını İslam Respublikasının prezidenti Məsud Pezeşkiana, XİN başçısı Abbas Araqçiyə və parlamentin spikeri Məhəmməd-Baqir Qalibafa ünvanlayıb.

Hüseyn İbadlı

Latest articles

More like this