EvXəbərlər“İran hər şeylə razılaşıb” - Trampdan KRİTİK BƏYANAT

“İran hər şeylə razılaşıb” – Trampdan KRİTİK BƏYANAT

Published on

spot_img

İran Amerika tərəfi ilə danışıqlar zamanı Vaşinqtonun tələb etdiyi demək olar ki, hər şeylə razılaşıb.
BEY.AZ xəbər verir ki. ABŞ prezidenti Donald Tramp bu barədə “CNBC” telekanalına müsahibəsində bildirib.
Amerika lideri əlavə edib ki, Vaşinqtonun Tehranla danışıqları hələ də davam edir.
Xatırladaq ki, iyunun 1-də İran nümayəndə heyəti Dohada Qətər və Pakistan nümayəndələri ilə Tehran və Vaşinqton arasında imzalanmış memorandumun bəndlərinin icrası üzrə iki görüş keçirib. Bundan əlavə, səfər çərçivəsində memorandumun şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək üçün yaradılmış monitorinq qrupunun ilk iclası keçirilib.

İyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsdiq etməli və danışıqların yeni mərhələsini başlatmalı olan müvəqqəti anlaşma memorandumu imzalayıblar. Sənəd 60 gün üçün nəzərdə tutulub. O, hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ABŞ tərəfindən İran limanlarına tətbiq edilən dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutur. Memorandumda həmçinin sanksiyaların yumşaldılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə etməsi və nüvə proqramı üzrə danışıqların davam etdirilməsi haqqında bəndlər yer alıb.

Hüseyn İbadlı

Latest articles

More like this