EvXəbərlərDÇ-2026-da qalmaqal: Misir yığmasının direktoru polislə əlbəyaxa oldu

DÇ-2026-da qalmaqal: Misir yığmasının direktoru polislə əlbəyaxa oldu

Published on

spot_img

Misir millisinin direktoru Dallasdakı otellərin birində polis məmuru ilə münaqişə yaşayıb.
BEY.AZ xəbər verir ki, “Əl-Məsri Əl-Youm”un məlumatına görə, milli komandanın direktoru İbrahim Həsən polis məmurunun oyunçularla şəkil çəkdirən misirli azarkeşlərə qarşı davranışından narazı qalıb.
Videoda İbrahim Həsənlə təhlükəsizlik işçisi arasında qızğın mübahisə əks olunub.
Hadisə ciddi davaya çevrilməyib və Misir millisinin 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Avstraliya ilə oyuna hazırlığına təsir göstərməyib .
Avstraliya – Misir matçı bu gün, 3 iyulda Arlinqton stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Müəllif: Tural

Latest articles

More like this