Avropanı bürüyən anomal istilər səbəbindən İsveçrə buzlaqlarında qar bir neçə həftə əvvəl əriyib.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” alimlərin məlumatlarına istinadən məlumat yayıb.
İyunun 29-da İsveçrənin cənubundakı Rona buzlaqında “buzlaqların əriməsi günü”, yəni qışda yığılan qar örtüyünün tamamilə yox olduğu və buzlaqların öz buz kütlələrini itirməyə başladığı an gəlib.
İsveçrənin buzlaqların vəziyyətinin monitorinqi proqramının direktoru Mattias Huss isə vəziyyətin çox pis olduğunu açıqlayıb. O qeyd edib ki, hələ üç aya yaxın aktiv ərimə olacaq, bu müddət ərzində onilliklər və hətta əsrlər boyu əmələ gələn buzlar yox ola bilər.
