Məşhur “Dəlisov Maks” filminin ulduzlarından olan Kjell Nilsson vəfat edib.
BEY.AZ xəbər verir ki, aktyor 76 yaşında Avstraliyanın Kvinslend əyalətində ailəsinin əhatəsində dünyasını dəyişib.
Aktyor 4 il imiş ki, böyrək çatışmazlığından əziyyət çəkirmiş. Lakin onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Nilsson “Pirates”, “Man of Letters” və “The Edge of Power” kimi bir sıra filmlərdə rol alıb.
