Rusiya tərəfinin Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərinin “ələ keçirilməsi” barədə bəyanatı həqiqətə uyğun deyil, şəhər Müdafiə Qüvvələrinin nəzarəti altındadır.
BEY.AZ xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib.
O bildirib ki, Konstantinovka yaşayış məntəqəsi Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir. Ukrayna hərbçiləri yaşayış məntəqəsi daxilində və ona yaxın yerlərdə müdafiə əməliyyatını davam etdirirlər.
Eyni zamanda, Rusiya Federasiyası Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə bildirib ki, Konstantinovka Donbasda Ukrayna Silahlı Qüvvələrinin əsas müdafiə xəttini təşkil edirdi və onun “alınması” Kramatorsk-Slavyansk aqlomerasiyasının açarıdır.
