“Real Madrid” heyətini “təmizləmək” üçün tədbirləri gücləndirəcək.
BEY.AZ xəbər verir ki,”kral klubu” yayın əvvəlində bir sıra yüksək səviyyəli müqavilələr imzalasa da, indi satışa ehtiyacı var. “Marca”nın məlumatına görə, kimisə sata bilməyənə qədər yeni transferlər olmayacaq. “Kral Klubu” hazırda heyətdə çoxlu oyunçu olduğunu düşünür.
Şayiələr Eduardo Kamavinqa, Aurelien Tçuameni, Dani Sebalos, Raul Asensio, Fran Qarsiya mümkün gedişləri ilə əlaqələndirir. Lakin bildirilir ki, bu futbolçulardan hər hansı biri “Real”dan ayrılmağa hələ hazır deyil.
