EvXəbərlərYamal Avstriya ilə oyuna niyə bu sözlər yazılmış lentlə çıxıb?

Yamal Avstriya ilə oyuna niyə bu sözlər yazılmış lentlə çıxıb?

Published on

spot_img

İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Avstriya üzərində 3-0 hesablı qələbə qazandıqları oyunda “Yamalın eqosu” yazısı olan lent taxıb.
BEY.AZ COPE onlayn portalına istinadla xəbər verir ki, Yamal bu addımı sosial mediada tənqidlərə cavab olaraq atıb.
Qeyd etmək lazımdır ki, bəzi sosial media istifadəçiləri İspaniya millisinin hücumçusuna istehza ilə “Eqo Lamin” ləqəbi veriblər və Yamalın böyük bir eqosu olduğunu iddia ediblər. Bu ləqəb bir neçə həftədir ki, sosial media şərhlərində yayılır.

Avstriya ilə oyunda 18 yaşlı cinah oyunçusu 85 dəqiqə oynayıb qol vurmayıb. Yamal komandanın ən yaxşı oyunçusu seçilib.

Latest articles

More like this