EvXəbərlər32 saat dağıntılar altında: 12 yaşlı qız zəlzələdən necə sağ çıxdı?

32 saat dağıntılar altında: 12 yaşlı qız zəlzələdən necə sağ çıxdı?

Published on

spot_img

Venesuelada baş verən güclü zəlzələlər zamanı dağıntılar altında qalan 12 yaşlı Fabiana Blanko 32 saat sonra xilas edilib.
BEY.AZ xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
O, dağıntılar altında qaldığı müddətdə tapdığı ketçup və pendirlə qidalanaraq sağ qalıb.
Fabiana zəlzələ anında yaşadığı binanın divarlarının çatladığını və qonşu mənzillə aralarındakı divarın uçduğunu deyib.
Bir müddət sonra yuxarı mərtəbədə yaşayan tibb bacısı ona səslənərək sakit qalmasını istəyib. Daha sonra xilasedicilər onun yerini müəyyən edərək 32 saat sonra dağıntılar altından sağ çıxarıblar.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Son məlumata görə, hadisədə 3342 nəfər ölüb, 16740 nəfər is yaralanıb.
Müəllif: Roza

Latest articles

More like this