EvXəbərlərUkrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi

Published on

spot_img

Ukrayna Rusiyanın iyulun 6-na keçən gecə həyata keçirdiyi növbəti kütləvi raket və dron hücumundan sonra BMT-nin təcili iclasının keçirilməsini tələb edib.
BEY.AZ xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazir hazırda Təhlükəsizlik Şurasına sədrlik edən Konqo Demokratik Respublikasını və Şuranın daimi üzvlərini Ukraynanın təcili iclas çağırışıını dəstəkləməyə çağırıb.
Sobiqa bildirib ki, Rusiyanın Ukraynaya atdığı hər bir raket təkcə ölkəyə deyil, bütün beynəlxalq təhlükəsizlik sisteminə yönəlmiş mesajdır.
“Ukraynaya atılan hər bir Rusiya raketi sərhədlərimizdən kənara da mesaj verir. Məqsəd dünyanı zorakılığın hüququ əvəz edə biləcəyinə, qorxunun həmrəylikdən güclü olduğuna və qəddarlığın cəzasız qalacağına inandırmaqdır”, – deyə o vurğulayıb.

Nazir beynəlxalq ictimaiyyəti Rusiyanın təcavüzünün qarşısını almaq üçün qətiyyətli addımlar atmağa çağıraraq bildirib ki, zəif və gecikmiş reaksiyalar terroru dayandıra bilməz.
Xatırladaq ki, iyulun 6-na keçən gecə Rusiya Ukraynaya növbəti genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində Kiyevdə azı 12 nəfər ölüb, 60-a yaxın şəxs yaralanıb.

Latest articles

More like this

Bakıda 14 yolda tıxav var

Bakıda 14 yolda tıxav var

Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb

Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb