EvXəbərlərKərimov xəstəxanaya, Bayramov isə polis bölməsinə aparıldı

Kərimov xəstəxanaya, Bayramov isə polis bölməsinə aparıldı

Published on

spot_img

Sumqayıtda bıçaqlanma ilə nəticələnən insident baş verib.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt yaşayış massivi ərazisində qeydə alınıb.
Məlumata görə, şəhər sakinləri arasında yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü F.Kərimov bıçaq xəsarəti alıb.
Yaralı dərhal tibbi müəssisəyə çatdırılıb və ona zəruri yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü K.Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və təfərrüatları dəqiqləşdirilir.

Latest articles

More like this