fbpx

I Qarabağ müharibəsi şəhidi Rasim Eldarov dəfn edildi



Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 1968-ci il təvəllüdlü, Göyçayın Ulaşlı-Şıxlı kəndindən olan şəhid Eldarov Rasim Səfər oğlu Göyçay Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınıb.

BEY.AZ bildirir ki, Rasim Səfər oğlu Eldarovun meyitinin qalıqları son dəfə olaraq Göyçay rayonuna gətirilib. Şəhidimizlə vida mərasimi keçirilib.

Dəfn mərasimində şəhidimizin doğmaları və yaxınları, Göyçay Rayon İcra Hakimiyyətinin rəhbəri eyni zamanda vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Davud Tarverdiyev

***

13:59

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

BEY.AZ bildirir ki, şəhidin nəşi Göyçay rayonu Ulaşlı Şıxlı kəndində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rasim Səfər oğlu Eldarov 1968-ci il iyulun 17-də anadan olub. O, 1993-cü avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

R.Eldarov Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Davud Tarverdiyev







MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin