fbpx

Ukrayna Rusiya qüvvələrinin müdafiə xəttini yararaq irəliləyir

BEY.AZ informasiya agentliyi xəbər verir


NATO Baş katibi Yens Stoltenberq Ukraynanın əks-hücum əməliyyatında mühüm irəliləyişlərin olduğunu deyib.

Metbuat.az xəbər verir ki, Alyansın Baş katibi bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi və Müdafiə və Təhlükəsizlik Alt-Komitəsinin birgə iclasında çıxışı zamanı deyib.

Stoltenberq Ukraynanın əks-hücum əməliyyatında irəliləyişini alqışlayıb və qeyd edib ki, Ukrayna qüvvələri tədricən uğur qazanırlar və onlar Rusiya qüvvələrinin müdafiə xəttini yara biliblər və irəliləyirlər.

“Rusiya ordusu əvvəllər dünyanın ikinci güclü ordusu idi. İndi isə Rusiya ordusu Ukraynada ikinci güclü ordudur. Reallıq budur ki, ukraynalılar əslində gözləntiləri dəfələrlə üstələyirlər. Biz məsuliyyətimizin nədən ibarət olduğunu xatırlamalıyıq: onları dəstəkləmək bizim məsuliyyətimizdir. Ukraynanı dəstəkləmək seçim deyil. Üzvlərimiz, ölkələrimiz üçün sülhü qoruyub saxlamaq və avtoritar rejimlərin beynəlxalq hüququ pozaraq və hərbi güc tətbiq etməklə istədiklərinə nail olmamasını təmin etmək zərurətdir”, – Stoltenberq vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #Rusiya #qüvvələrinin #müdafiə #xəttini #yararaq #irəliləyir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu