fbpx

Çempionlar Liqasında ötən gecənin nəticələri

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 oyun keçirilib.

“Barselona” “Antverpen”i 5:0 hesabı ilə darmadağın edib. PSJ Dortmund “Borussiya”sına, “Leyptsiq” “Yanq Boyz”a, “Mançester Siti” “Srvena Zvezda”ya, “Portu” “Şaxtyor”a, “Feyenoord” isə “Seltik”ə qaib gəlib. “Milan” – “Nyukasl”, “Latsio” – “Atletiko” görüşlərində qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq.

19 sentyabr

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

F qrupu

20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) – 0:0

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0

Qollar: Mbappe, 49-pen; Hakimi, 58

G qrupu

20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya) – 1:3

Qollar: Elia, 33 – Simakan, 3, Şxlaqer, 73, Sesko, 90+2

23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) – 3:1

Qollar: Alvares, 47, 60, Rodri, 73 – Bukari, 45

E qrupu

23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) – 1:1

Qollar: Provedel, 90+5 – Barrios, 29

23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) – 2:0

Qollar: Stenqs, 45+2, Cahanbəxş, 76

Qırmızı vərəqə: Laqerbelke, 64, Tiaqo Holm, 68 (“Seltik”)

H qrupu

23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika) – 5:0

Qollar: Feliks, 11, 66, Levandovski, 19, Batay, 22-avtoqol, Qavi, 54

23:00. “Şaxtyor” (Ukrayna) – “Portu” (Portuqaliya) – 1:3

Qollar: Kelsi, 13 – Qaleno, 8, 15, Taremi, 29

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çempionlar #Liqasında #ötən #gecənin #nəticələri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu