Nenets Muxtar Dairəsi, Yəhudi Muxtar Vilayəti və Çukotka sakinləri Rusiyada ən çox spirtli içki qəbul edənlərdir və güclü spirtli içkilərə üstünlük verirlər.
BEY.AZ xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Nəşrə görə, istehlak edilən alkoqolun 75-85%-i bu bölgələrin əhalisinin payına düşür.
Hesabatda deyilir ki, ölkədə ən az spirtli içki istehlakı İnquşetiya, Çeçenistan, Şimali Osetiya və Dağıstanda müşahidə olunur – ildə adambaşına 2 litrə qədər təmiz spirtli içki düşür.
Qeyd olunur ki, Qafqaz respublikalarından sonra Moskva və Sankt-Peterburq 82 şəhər arasında müvafiq olaraq 76-cı və 77-ci yerlərdədir. Müəlliflər əhali artımı ilə spirtli içki istehlakı səviyyələri arasında əlaqəni vurğulayırlar.
Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisləri iddia edirlər ki, son beş ildə Rusiyada adambaşına düşən spirtli içki istehlakı 11% azalıb.
2025-ci ildə ən yüksək spirtli içki istehlakı Nenets və Çukotka Muxtar Dairələrində, eləcə də Yəhudi Muxtar Vilayətində müşahidə olunub.
Müəllif: Tural
