Unibank taksi sürücülərinin işini asanlaşdırdı
Unibank taksi sürücülərinə POS-terminal xidmətinə çox rahatlıqla-POS-terminal cihazı almadan, xidmət haqqı ödəmədən və onlayn şəkildə qoşulmaq imkanı yaradıb. Bankın keçirdiyi kampaniya çərçivəsində taksi sürücüləri onlayn UPOS xidmətinə həm çox asanlıqla, həm də kampaniya müddətində 0 % komissiya ilə qoşula bilirlər. Məlumatları xidmətə daxil edən zaman taksi fəaliyyəti göstərən sahibkarlar vergi xidmətindən aldıqları virtual obyekt kodunu da əlavə etməlidirlər.
Qeyd edək ki, UPOS –ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.
UPOS-un əsas üstünlükləri:
•Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
•7/24 onlayn şəkildə qoşulma imkanı;
•Asanlıqla daşınabilən mobil cihazlardan istifadə edirsiniz;
- Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.
UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes mobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatları daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul edə biləcəksiniz.
Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos)
məlumat almaq olar.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |