fbpx

Bu halda erkən yaşda pensiya almaq olar



Erkən yaşa görə əmək pensiyası hüququ kişilərdə 60, qadınlarda 58 yaş 6 ay təşkil edir. Bəs bu hüquqdan hansı halda yararlanmaq mümkündür?

BEY.AZ BEY.AZ-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qanunvericiliyin tələbləri var.

Qanunvericiliyə əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, beş və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin əmək pensiyasına çıxmaq üçün yaş həddi beş il azaldıla bilər. Bu zaman qanunvericiliyin digər şərtləri də nəzərə alınır. Bu halda uşaqların səkkiz yaşına kimi sağ olması vacibdir.

Bu məsələ kişilərə münasibətdə iki halda müəyyən olunur.

Birinci hal kişinin həyat yoldaşının vəfat etməsi və ya itkin düşməsidir. Bu hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmalı, yəni şəxs ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməlidir.

İkinci hal isə qadının valideynlik hüququndan məhrum edilməsi və ya nikaha xitam verilməsi səbəbindən uşağın (uşaqların) kişinin himayəsinə verilməsidir ki, bununla bağlı da məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır. Bu halda kişilər 60 yaşda (65 yaş – 5 il = 60 yaş) pensiyaya çıxa bilirlər.

Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların pensiyaya görə yaş həddi də 5 il azaldılmaqla 58 yaş 6 ay təşkil edir (63 yaş 6 ay – 5 il = 58 yaş 6 ay).






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin