Bir ay içində sülh bağlamağa hazırıq
“Sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırıq”.
BEY.AZ xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda qeyd edilib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı yetişib:
“Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu ifadə edir”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |