İran ordusu ABŞ-ın təkrar hücumları halında Yaxın Şərqdəki bütün ABŞ bazalarına hücum etməyə hazır olduğunu bildirib.
Çərşənbə axşamı ABŞ ordusu İrana qarşı bir sıra güclü zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı bunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini iddia edib.
BEY.AZ xəbər verir ki, dövlət xəbər agentliyi IRNA-nın verdiyi məlumata görə, ABŞ tərəfindən atəşkəsin təkrar pozulmasının nəticələri bu ölkənin üzərinə düşəcək:
“Bütün bazalar ordunun pilotsuz təyyarələrinin hücumları üçün qanuni hədəflərə çevriləcək”.
İran ordusu Bəhreyndə Şeyx İsa hava bazasındakı hədəflərə hücum etdiyini, İslam İnqilabı Keşikçiləri Korpusu isə Küveytdəki Əli əl-Salem hava bazasına və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının Port Salman limanına zərbələr endirdiyini bildirib.
Müəllif: Tural
