ABŞ ölkənin ən böyük neft ixracı terminallarından birinin yerləşdiyi İranın Xarq adasını nəzarətə götürə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində jurnalistlərə bildirib.
ABŞ lideri keçən gecə Xarq adasına endirilən zərbələr barədə bunları deyib:
“Mən dedim ki, neftə toxunmayın, çünki biz Xarqı nəzarətə götürə bilərik və onlar bununla bağlı heç nə edə bilməyəcəklər. Tapşırdım ki, boru kəmərlərini vurmayın, qalan hər şeyi vurun. Və onlar zərbə endirdilər.
Trampın sözlərinə görə, bu gün axşam yenə zərbələr endirilə bilər.
