EvXəbərlərABŞ-ın Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirildi

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirildi

Published on

spot_img

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz və aerokosmik qüvvələri ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.
BEY.AZ xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
“Düşmənin ölkənin müxtəlif yerlərinə hücumlarından qısa müddət sonra SEPAH-ın hərbi dəniz və aerokosmik qüvvələri birgə raket və pilotsuz təyyarə əməliyyatı zamanı Küveytdəki iki ABŞ bazasında – Əli əs-Salem və Arifcanda, eləcə də Bəhreyndəki Əl-Cufair və Şeyx İsada əsas obyektləri və infrastrukturu məhv edib”, – bəyanatda deyilir.

SEPAH xəbərdarlıq da edib. Belə ki, Amerikanın hücumları təkrarlansa, İran ABŞ-ın Yaxın Şərqdəki digər hərbi bazalarını da əhatə edəcək şəkildə cavab tədbirlərini genişləndirəcək.

Latest articles

More like this