EvXəbərlərTrampın “Ukrayna üzərində səmanı bağlayarıq” açıqlamasına Kremldən reaksiya gəldi

Trampın “Ukrayna üzərində səmanı bağlayarıq” açıqlamasına Kremldən reaksiya gəldi

Published on

spot_img

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzərində səmanın bağlanması ehtimalı ilə bağlı açıqlamaları yenidir və hələ müzakirə edilməlidir.
BEY.AZ “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika liderinin açıqlamasını qiymətləndirərkən deyib.
“Bu, yeni bir bəyanatdır; əvvəllər belə bir bəyanat olmayıb. Əvvəllər heç kim “səmanın bağlanması” məsələsini müzakirə etməyib”, – Peskov bildirib.
Peskov vurğulayıb ki, bu halda NATO ölkələrinin Silahlı Qüvvələri Ukrayna ərazisində əməliyyat keçirəcəklər, bizim Ukraynadakı əməliyyatımız da məhz buna qarşıdır.

Daha əvvəl Tramp bildirmişdi ki, Vaşinqton lazım gələrsə, Ukrayna üzərindəki hava məkanının bağlanmasını təmin edə bilər.

Müəllif: Tural

Latest articles

More like this