EvXəbərlərBakıda qadın iş yerinin qarşısında GÜLLƏLƏNDİ

Bakıda qadın iş yerinin qarşısında GÜLLƏLƏNDİ

Published on

spot_img

Bakıda baş verən silahlı insident nəticəsində yaralanan şəxsin son vəziyyəti açıqlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə BEY.AZ-ın sorgusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
“İyulun 9-da, saat 16:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb”.
xxx

18:20
Küçədə güllələnən Amaliya Qəhrəmanovanın ölümü ilə bağlı daha bir təfərrüat məlum olub.
BEY.AZ BEY.AZ-a istinadla xəbər verir ki, o, iş yerinin qarşısında qətlə yetirilib.
Belə ki, 44 yaşlı qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş.
Məlumata görə, Z.Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq onu qətlə yetirib.
Qeyd olunub ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblarmış.

Latest articles

More like this