UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyununda ilk hissə başa çatıb.
BEY.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb – 2:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
xxx
20:24UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyununda hesab açılıb.
BEY.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
xxx
20:00UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk oyun başlayıb.
BEY.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.
