Rusiyanın Stavropol diyarında polislər avtomobilə od vurmaqda şübhəli bilinən 35 yaşlı qadını saxlayıblar.
BEY.AZ xəbər verir ki, bu barədə regionun Daxili İşlər İdarəsi məlumat yayıb.
46 yaşlı kənd sakini avtomobilinin tamamilə yandığını aşkar etdikdən sonra polisə müraciət edib. Yanan maşının şəklini ona messencerdə tanışı göndərib. Əməliyyatçılar qadını polis şöbəsinə gətiriblər.
Dindirilmə zamanı stavropollu qadın etiraf edib ki, salona pəncərədən daxil olub, əlcək qutusunda kağız tapıb, onu yandırıb və alovun böyüdüyünə əmin olduqdan sonra oradan uzaqlaşıb. Müttəhim təqsirini etiraf edib və izah edib ki, hadisəni kişinin yeni dostuna olan qısqanclıq ucbatından törədib.
Dəymiş ziyanın məbləği 270 min rublu keçib. Cinayət işi açılıb.
Hüseyn İbadlı
