EvXəbərlərXameneinin dəfn mərasimindən sonra atışma baş verdi

Xameneinin dəfn mərasimindən sonra atışma baş verdi

Published on

spot_img

İranın Məşhəd şəhərində ali rəhbər Əli Xameneinin dəfn mərasimindən sonra atışma baş verib, nəticədə iki nəfər həlak olub.
BEY.AZ xəbər verir ki, bu barədə İranın “Sabereen News” Telegram kanalı Xorasan-Rəzəvi əyalətinin təhlükəsizlik xidməti direktorunun müavininə istinadla məlumat yayıb.
Kanalın məlumatına görə, atışma Məşhədin qərbində, dəfn mərasiminin keçirildiyi İmam Rza məqbərəsindən 15 kilometrdən çox məsafədə yerləşən Sarfarzan rayonunda baş verib. Hadisənin səbəbi və həlak olanların şəxsiyyəti hələlik məlum deyil. Qeyd edilib ki, Xameneinin dəfn olunduğu yerin yaxınlığında və matəm yürüşü marşrutunda heç bir təhlükəsizlik pozuntusu olmayıb.
İyulun 9-da Məşhəddə fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olan Əli Xameneinin dəfn mərasimi başa çatıb. Dəfn İmam Rza məqbərəsinin ərazisində keçirilib. Matəm yürüşü şəhərin əsas küçəsi boyunca bir neçə kilometr uzanıb.

İraqın Nəcəf və Kərbəla şəhərlərində Xamenei ilə vida mərasimlərində 10 milyondan çox zəvvar iştirak edib.

Hüseyn İbadlı

Latest articles

More like this