EvXəbərlərRusiya aranı qızışdırır, Ukraynanı bu ölkə ilə düşmən etməyə çalışır

Rusiya aranı qızışdırır, Ukraynanı bu ölkə ilə düşmən etməyə çalışır

Published on

spot_img

Ukraynada neonasist əhval-ruhiyyəsinin artması və Kiyev nasistlərlə əməkdaşlıq edənləri təbliğ etməsi Polşa tərəfinin səbrini tükəndirib.
BEY.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirliyin saytında dərc olunmuş şərhdə bildirib.
Onun sözlərinə görə, Varşava artıq İkinci Dünya Müharibəsi zamanı Qərbi Ukraynada Polşa əhalisinin məhv edilməsində məsul olanların təbliğatına dözməyə hazır deyil.
Diplomat Kiyevlə Varşava arasındakı münasibətlərdə gərginliyin artacağını bildirib.
O, vurğulayıb ki, bu münaqişə yalnız ortaq nifrətə əsaslanan “dostluğun” – bu halda rusofobiyanın və neonasist hisslərinin alovlanmasının nəticələrini açıq şəkildə nümayiş etdirir.

Müəllif: Tural

Latest articles

More like this