İyulun 10-da türkiyəli məşhur aktyor Kerem Bursinin şərəfinə “Sea Breeze”də yerləşən “Şöhrət xiyabanı”nda “ulduz” qoyulub.
BEY.AZ xəbər verir ki, bu barədə iş adamı və müğənni Emin Ağalarov bildirib:
“Şöhrət xiyabanımıza daha bir adlı “ulduz” əlavə olundu! Kerem Bursin bir çoxlarının “Sen Çal Kapımı” serialı və digər layihələrdən tanıdığı istedadlı aktyordur. Tanış olduğumuza çox şadam. Ümid edirəm ki, bu gün və Bakı onda ən xoş təəssüratlar yaradacaq”.
Qeyd edək ki, Kerem Bursin də öz “Instagram” hesabında Bakıdan “story”lər paylaşaraq Azərbaycanın paytaxtını gözəl və möhtəəm şəhər adlandırıb.
