Ukrayna iyulun 27-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
BEY.AZ xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.
İclas Qara dənizdəki dəhliz ilə gəmi hərəkətinin Rusiya Silahlı Qüvvələrinin zərbələri səbəbindən dayandırılması ilə əlaqədar olaraq keçiriləcək.
O bildirib ki, Rusiya qlobal ərzaq təhlükəsizliyini girov saxlayır.
Sibiqa son bir neçə gün ərzində Rusiya hərbçilərinin mülki yük gəmilərini bombaladığını və nəticədə onlarla ekipaj üzvünün həlak olduğunu diqqətə çatdırıb: “Bu gün Ukraynanın Qara dəniz dəhlizi ilə heç bir gəmi keçməyib, məhz mövsümün ən aktiv vaxtında”.
Baş verənləri “qəsdən törədilən iqtisadi və humanitar terror” adlandıran nazir vurğulayıb ki, “bu addımlar davam edərsə, Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında milyonlarla ailə qiymətlərin artması və aclıq təhlükəsi ilə üzləşə bilər”.
Sibiqa bütün dövlətlərə, xüsusilə də bu vəziyyətdən zərər çəkən ölkələrə çağırış edib. O, bütün ölkələrin Rusiyadan bu hücumları dayandırmağı dərhal tələb etməli olduqlarını bildirib.
