EvXəbərlərRusiya vilayətlərinə gücə hücumu: Ciddi itkilər var

Rusiya vilayətlərinə gücə hücumu: Ciddi itkilər var

Published on

spot_img

Rusiyanın Voronej vilayətinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində yaralananlar var.
BEY.AZ xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev məlumat verib.
O qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri gecə boyu mülki hədəflərə hücumları dəf edib.
“Təəssüf ki, itkilərimiz və ciddi nəticələrimiz var. Təcili yardım xidmətləri işlərini başa vurduqdan sonra hər şeyi bildirəcəyik”.
“Telegram” kanallarının verdiyi məlumata görə, 23 iyul gecəsi Voronejə kütləvi hücum təşkil edilib və pilotsuz təyyarənin zərbəsi nəticəsində şəhərin xaricində yanğınlar baş verib. Birbaşa pilotsuz təyyarə zərbəsi təhlükəsi səbəbindən hava hücumu xəbərdarlığı edilib.

Ukrayna dronları Ulyanovsk bölgəsindəki yanacaq-enerji kompleksi obyektinə də hücum edib. Bu barədə Rusiya bölgəsinin rəhbəri Aleksey Russkix məlumat paylaşıb:
“Xahiş edirəm sakit qalın, yanğının söndürülməsi və ərazidəki vəziyyət barədə sizi məlumatlandıracağam”.

Müəssisə Novospasski rayonunda yerləşir. Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru uçan dörd dronu vurduğunu açıqlayıb.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan dörd PUA-nı məhv edib”, – mer bildirib. O, təcili yardım xidmətlərinin dağıntı yerlərində işlədiyini deyib.
Müəllif: Tural

Latest articles

More like this