EvXəbərlər“Real” onu icarəyə verməyə razıdır

“Real” onu icarəyə verməyə razıdır

Published on

spot_img

“Real Madrid”in yarımmüdafiəçisi Franko Mastantuono bu yay icarə əsasında başqa bir kluba keçə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Mənbənin məlumatına görə, “Real Madrid” Mastantuononun müntəzəm oyun vaxtı qazana biləcəyi bir komandaya icarəyə verilməsini təsdiqləməyə hazırdır. İspaniya və digər ölkələrdən beşdən çox klub oyunçunu icarəyə götürməyi düşünür.
Mastantuono 2025-ci ildə 45 milyon avroya “River Plate”dən “Real Madrid”ə keçib. Onun Madrid klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Argentinalı futbolçu ötən mövsüm “Real”da bütün turnirlərdə 35 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 45 milyon avrodur.

BEY.AZ

Latest articles

More like this