EvXəbərlərYer kürəsində ikinci maqnit qasırgası baş verdi

Yer kürəsində ikinci maqnit qasırgası baş verdi

Published on

spot_img

Cümə axşamı minimal intensivlik səviyyəsinə (G1) malik maqnit qasırığı qeydə alınıb. Bu hadisə iyul ayı ərzində sayca ikincidir.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının “Telegram” kanalında məlumat verilib.
Bildirilir ki, yeni hadisə rekord göstəricilərə aid edilməsə də, ay ərzində ikinci dəfə təkrarlanır. Tədqiqatçıların fikrincə, o, Bakı vaxtı ilə cümə gününün ortalarına qədər davam edə bilər.
Günün əvvəlində baş verən qasırığanı nəzərə alsaq, yayın ilk iki ayı ərzində beş belə geomaqnit hadisəsi qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, artıq payızda geomaqnit aktivliyi arta bilər.

Hüseyn İbadlı

Latest articles

More like this