EvXəbərlərABŞ İrana qarşı 13-cü zərbələr dalğasını başa vurdu

ABŞ İrana qarşı 13-cü zərbələr dalğasını başa vurdu

Published on

spot_img

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr dalğasını başa çatdırıblar.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yaylıb.
İdarədən bildirilib ki, hücumlar ABŞ-ın Şərq sahil vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 5:00-da) başa çatıb.
“ABŞ Silahlı Qüvvələri İranın hərbi komandanlıq mərkəzlərini, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları, rabitə şəbəkələrini və sahil müşahidə obyektlərini hədəfə alıb. Məqsəd İranın Hörmüz boğazından keçən mülki dənizçilərə və ticarət gəmilərinə yaratdığı təhlükəni daha da azaltmaqdır”, – deyə komandanlıq əlavə edib.

Hüseyn İbadlı

Latest articles

More like this