Polşanın Suloszova kəndi qeyri-adi məskunlaşma quruluşu ilə diqqət çəkir.
BEY.AZ xəbər verir ki, yerli medianın məlumatına görə, təxminən 6 min insan 9 kilometr uzunluğunda tək bir yol boyunca yaşayır.
Havadan baxdıqda kənd hər iki tərəfdən uzanan yaşıl və qızılı-sarı rəngli əkin sahələri ilə lentə bənzəyir. Bu mənzərəsinə görə Suloszova “Kiçik Toskana” adlandırılır.
700 ildən çox tarixə malik kənd ilk dəfə 1315-ci ildə qeydə alınıb. Suloszova “lancuchowka” adlanan xətti məskunlaşma modelinin günümüzə qədər qorunub saxlanılan ən diqqətçəkən nümunələrindən biridir.
Kənddə evlərin arxasında ailələrə məxsus uzun və ensiz əkin sahələri yerləşir. Bu quruluş sakinlərə evlərindən çıxan kimi tarlalarına çatmağa imkan verir.
Ənənəvi həyat tərzini qoruyan Suloszovanın yaxınlığında yerləşən Oycov Milli Parkı da bölgənin əsas turistik məkanlarından biridir.
Müəllif: Roza
