ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində yenidən namizədliyimi irəli sürəcəyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, o, bunu Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) Vaşinqtondakı “Waldorf Astoria” hotelində təşkil etdiyi şam yeməyində elan edib.
“Mən dördüncü dəfə ABŞ prezidenti vəzifəsinə namizəd olacağam. Rəsmi addımı atacağam. Əslində, bunu artıq etmişəm. Üç dəfə qalib gəlmişəm, indi yenə qalib gələcəyəm”, – Tramp bildirib.
ABŞ lideri seçki kampaniyalarında istifadə etdiyi qırmızı papağı taxaraq üzərində “TRUMP 2028” yazısını nümayiş etdirib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına edilmiş 22-ci düzəlişə əsasən, heç bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz.
