“AzərEnerji” ASC “Nəvahi” və “Şəfəq” yarımstansiyalarının tikintisi üzrə əlavə işlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BEY.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı elan olunan tenderin qalibi “Electro İndustries” QSC-dir.
Qalib şirkətə 11 milyon 592 min 909 manat ödəniləcək.
