Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin Omskda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
BEY.AZ Kremlin saytına istinadən xəbər verir ki, Vladimir Putin qazaxıstanlı həmkarına onun atasının 1945-ci ilin qışında ayağından ağır yaralandıqdan sonra necə müalicə olunmasını xatırladıb.
Putin qeyd ebib ki, Qazaxıstan Prezidentinin ailəsinin Omskla xüsusi bağlılığı var. Belə ki, onun atası Kemel Tokayev döyüşdə yaralandıqdan sonra Omsk xəstəxanasında müalicə olunub.
“Sizin üçün Omsk Rusiyada sadəcə adi bir yer deyil… Hazırkı Prezident Kasım-Jomart Kemeleviçin atası 1945-ci ilin qışında ağır yaralandıqdan sonra burada müalicə olunub”, – deyə Rusiya lideri xatırladıb.
O qeyd edib ki, bu hadisə Böyük Vətən Müharibəsini və keçmiş Sovet respublikaları xalqlarının nasizm üzərində qələbəyə verdiyi töhfəni xatırlamağın vacibliyini bir daha təsdiqləyir.
Tokayev öz növbəsində Omsk şəhərini Rusiya tarixində xüsusi yeri olan və Rusiya ilə Qazaxıstan arasında əməkdaşlığın inkişafında böyük rol oynayan bir şəhər adlandırdı.
Tural Tağıyev
