EvXəbərlərTokayev Putinə simvolik hədiyyə verdi

Tokayev Putinə simvolik hədiyyə verdi

Published on

spot_img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Omsk şəhərində rusiyalı həmkarı Vladimir Putinə rəmzi hədiyyə təqdim edib.
BEY.AZ xəbər verir ki, bu barədə respublika liderinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
Mətbuat xidməti stol arxasında qazax alimi və coğrafiyaşünası Çokan Valixanov ilə yazıçı Fyodor Dostoyevskinin bir yerdə oturduğu əks olunan rəsmin təsvirini paylaşıb.
İyulun 25-də Rusiya Prezidenti işgüzar səfərlə Omsk şəhərinə gəlib. O, orada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birlikdə iki ölkənin regionlararası əməkdaşlıq üzrə XXII Forumunda iştirak edib.

Hüseyn İbadlı

Latest articles

More like this