Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsi ölkənin Sulina-Çili bölgəsində Pilotsuz Uçuş Aparatını (PUA) vurub.
BEY.AZ xəbər verir ki, bu barədə ölkə rəhbəri Nikuşor Dan özünün “Facebook” səhifəsində yazıb.
Rumıniya Prezidentinin sözlərinə görə, pilotsuz aparat iyulun 26-sı, səhər yerli vaxtla saat 10:13-də məhv edilib.
Xatırladaq ki, Dan dünən və srağagün də oxşar dron əməliyyatı ilə bağlı məlumat vermişdi. Bugünkü PUA-nı da nəzərə alsaq, bu, son üç gündə üçüncü insident sayılır.
Bundan başqa, iyul ayının ortalarında Rumıniya Silahlı Qüvvələrinin məhv etdiyi beş dəniz PUA-sının qalıqları Qara dənizin Rumıniya hissəsinə düşmüşdü. Ölkənin Müdafiə Nazirliyi onların bəzilərində partlayıcı maddələrin olduğunu bəyan edib.
Müəllif: Tural
