“Ukrayna hökumətinin hərəkətləri cavabsız qalmayacaq”.
BEY.AZ xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Əli Nikzad bəyan edib.
“İran həmişə ərazi bütövlüyünü müdafiə etmək üçün qanuni hüququndan istifadə edəcək. Ölkəmizə qarşı təcavüzün mənbəyi olan istənilən nöqtə şübhəsiz ki, silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək”, – deyə o qeyd edib.
