EvXəbərlərMərc etdi, Argentina finalda uduzdu

Mərc etdi, Argentina finalda uduzdu

Published on

spot_img

Malayziyalı kişi dünya kubokunun qalibi ilə bağlı dostu ilə mübahisə etdiyi üçün həyat yoldaşından boşanıb.
BEY.AZ xəbər verir ki, bu barədə “AsiaOne” məlumat yayıb.
İyulun 20-də malayziyalı bir qadın sosial mediada İspaniya və Argentina arasında keçirilən Dünya Kubokunun final matçından sonra ərinin ondan boşandığını bildirib.
Kişi evə qayıdıb və həyat yoldaşına üçqat talaqla boşadığını bildirib. Daha sonra məlum olub ki, o, dostu ilə Argentina finalda uduzacağı təqdirdə boşanacağına dair mərc edib və məhz belə də olub.
Fanatın həyat yoldaşı tamamilə çaşqınlıq içində internetdə insanlardan kömək istəyib.

“O, dəli kimi davranır və boşanmaya oyun kimi yanaşır”, – deyə qadın ərinin davranışı ilə bağlı şərh verib.
Üçqat talaq Malayziyada hakimiyyət orqanları tərəfindən tanınır, lakin bu, yalnız baş verdikdən bir həftə sonra rəsmi olaraq bildirildiyi təqdirdə qüvvəyə minir. Vəziyyət Malayziyanın keçmiş Dini İşlər Naziri Zulkifli Məhəmməd Əl-Bəkrin diqqətinə çatdırılıb. O, cütlüyə nikahlarının həqiqətən pozulub-pozulmadığını müəyyən etmək üçün şəriət məhkəməsinə müraciət etməyi məsləhət görüb.
BEY.AZ

Latest articles

More like this