İyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır.
BEY.AZ AYNA-ya istinadən xəbər verir ki, “Neoplan” markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı “BakuBus” MMC-dir.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,50 AZN müəyyən edilib.
