EvXəbərlərDünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı

Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı

Published on

spot_img

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
BEY.AZ xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) Azərbaycana mundialdakı ilk medalı qazandırıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Latest articles

More like this