EvXəbərlərÇempionlar Liqası: "Sabah" "KuPS"la matçda hesabı açdı

Çempionlar Liqası: “Sabah” “KuPS”la matçda hesabı açdı

Published on

spot_img

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “KuPS” – “Sabah” matçında hesab açılıb.
BEY.AZ xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda “Sabah” hesabda önə çıxıb – 1:0.
53-cü dəqiqədə Veliko Simiç fərqlənib.
20:03
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “KuPS” – “Sabah” matçında ikinci hissəyə start verilib.

BEY.AZ xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda qolsuz bərabərlik davam edir.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
19:46
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “KuPS” – “Sabah” matçında ilk hissə başa çatıb.

BEY.AZ xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
19:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “KuPS” – “Sabah” matçına start verilib.
BEY.AZ xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.

Latest articles

More like this