EvXəbərlər"Sabah" tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin etdi

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin etdi

Published on

spot_img

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubunu iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən mübarizədən kənarlaşdıran “Sabah” ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.
BEY.AZ xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq.
“Sabah” həmin raundda da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bununla da Bakı klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində çıxış etmək hüququ əldə edib.

Latest articles

More like this